Səudiyyə Әrəbistanının yeni kralından ilk açıqlama

Səudiyyə Ərəbistanının kralı Əbdullahın vəfatından sonra yeni kral olan Salman bin Əbdulaziz ilk açıqlamasında birlik mesajı verib.

195840
Səudiyyə Әrəbistanının yeni kralından  ilk açıqlama

Səudiyyə Ərəbistanının kralı Əbdullahın vəfatından sonra yeni kral olan Salman bin Əbdulaziz ilk açıqlamasında birlik mesajı verib.
Yeni kral Salman, ‘Ölkənin quruluşundan bu yana təqib edilən yolda fəaliyyətlərimizi eləcə də birlik və bərabərliyi qorumaq, ümmətimizin davalarını müdafiə etmə mövzusunda səylərimizi davam etdirəcəyik’ deyə bildirib.
Qeyd edək ki, Daxili işlər naziri, şahzadə Məhəmməd bin Nayifin, ikinci vəliəhd olaraq təyin edildiyini bildirib.
Dünya liderləri kral Abdullah Bin Əbdüləziz Es Səudun ölümü səbəbi ilə başsağlığı verirlər.
Müsəlman dünyasında kral Abdullahın ölümü kədərlə qarşılanıb.
Bəhreyn və İordaniyada 40, Fələstin və Birləşmiş Ərəb Əmirliklərində 3, Pakistanda 1 günlük kral Abdullahın ölümü ilə əlaqədar matəm elan edilib.
Fələstin dövlət başçısı Mahmud Abbas da, kral Abdullahın Fələstinlilərin yanında yer aldığını söyləyib
İranı, cənazə mərasimində xarici işlər naziri Cavad Zərif təmsil edəcək.
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama isə, yayımladığı başsağlığı mesajında, mərhum kral Abdullahın iki ölkə əlaqələrinə, Yaxın Şərqdəki sabitlik və təhlükəsizliyə verdiyi əhəmiyyəti vurğulayıb.
Obama, vitse-prezident Co Baydını Riyaddaki cənazə mərasiminə göndərib.
İngiltərə baş naziri David Cameron, Kral Abdullahın sülhə və mədəniyyətlər arası dialoqa inancı ilə xatırlanacağını ifadə edərkən, Fransa prezidenti Francois Hollande, Kral Abdullahı tarixə iz buraxan bir lider olaraq xarakterizə edib.
Kral Abdullahın ölüm xəbəri İsveçrədə keçirilən Davos toplantısına da təsir edib.
Bu günki toplantıda çıxışı gözlənilən İordaniya Kralı Abdullah, səfərini yarımçıq saxlayaraq Riyada gedib. Çox sayda heyət də, cənazə mərasiminə qatılmaq məqsədi ilə Davosdan ayrılıb.
Hindistan, Pakistan, Çin, Filippin, Yaponiya başsağlığı mesajları yayımlayıblar.
Səudiyyəlilər də, sosial şəbəkələr vasitəsilə, ‘atamızı itirdik’ mesajları yayımlayıblar.
Kralın ölümüylə bağlı, Dünya neft istehsalının 10 faizini ödəyən Səudiyyə Ərəbistanıda barrel qiymətləri 1 dollar qalxıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr