Almaniyada əkinçilər etiraz aksiyası keçirib

Berlində on minlərlə işçi, genetik modifikasiya olunmuş (GMO) ərzaq məhsullarına etiraz ediblər.

188441
Almaniyada əkinçilər etiraz aksiyası keçirib

Paytaxt Berlində ötən gün küçələrə çıxan on minlərlə işçi, genetik modifikasiya olunmuş (GMO) ərzaq məhsullarına etiraz ediblər.
Alman hökumətinin kənd təsərrüfatı siyasətini tənqid edən aktivistlər, təbii kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan fermerlərin daha çox dəstəklənməsini, şərtlərinin təkmilləşdirilməsini istəyiblər. Bundan başqa, fermerlər, GMO-lu məhsullara qarşı tədbirlərin alınmasını da tələb ediblər.
Aktivist fermerlər, Amerika Birləşmiş Ştatları ilə Avropa Birliyi arasında müzakirə edilən Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı razılaşmasına da sərt reaksiya göstəriblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr