Parisdәki terror aktını dünya lәnәtlәyib

Parisdә hәyata keçirilәn tәrror hücumu bir çox ölkәdә tәşkil edilәn nümayişlәrdә pislәnib.

177928
 Parisdәki terror aktını dünya lәnәtlәyib

Parisdә hәyata keçirilәn tәrror hücumu bir çox ölkәdә tәşkil edilәn nümayişlәrdә pislәnib.
Fransanın paytaxtı Parisdə növbәti yumor jurnal Charlie Hebdonun ofisinə edilən hücumdan sonra Fransada 1 günlük matәm elan edilib. Avropanın bir çox şәhәrindә tәşkil edilәn aksiyalarda hücum lәnәtlәnib. "Hamımız Çarliyıq" deyә şuar sәslәndirilib.
Hücumun təşkil edildiyi paytaxt Parisin Respublika Meydanında toplanan 35 mindən çox aksiyaçı, qələmlər və simvolik mətbuat kimliklәri daşıyaraq ifadə azaldığına dair şüarlar sәslәndiriblәr. Hücumda ölənlərin xatirəsinə şamlar yandırıblar.
Fransanın Angers, Bordeaux, Lyon, Strasburq, Nantes, Tuluza və Marsel şəhərlərində də hücumlar minlәrlә aksiyaçı tәrәfindәn lәnәtlәnib.
İngiltərənin paytaxtı Londonda isə, hücumun pislәndiyi ünvan Trafalgar Meydanı olub.
"Hamımız Çarliyıq" şuarının sәslәndirildiyi aksiyada ifadə azadlığının əhəmiyyəti vurğulanıb.
İspaniyanın paytaxtı Madrid ilə Argentinanın paytaxtı Buenos Airesdə də, Fransa səfirliyinin qarşısında toplanan qruplar hücumu pislәyiblәr.
İsveçrənin Cenevrə şəhərində isə, Parisdə ölənlər üçün şam yandırılıb.
Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin önündəki Lüksemburq Meydanında da hücumdan etiraz mәqsәdiylә aksiya keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr