Fələstin məsələsinə dair qətnamə layihəsi qǝbul edilmǝyib

BMT Təhlükəsizlik Şurası Fələstin məsələsinə dair qətnamə layihəsini qəbul etməyib.

173490
Fələstin məsələsinə dair qətnamə layihəsi qǝbul edilmǝyib

BMT Təhlükəsizlik Şurası Fələstin məsələsinə dair qətnamə layihəsini qəbul etməyib.
İclasda sənədin qəbulunu təmin edəcək 9 səs toplamaq mümkün olmayıb.
Qətnamə layihəsini Rusiya daxil olmaqla yalnız 8 dövlət dəstəkləyib, ABŞ və Avstraliya ǝleyhinǝ olub. Beş ölkə isǝ bitərəf qalıb.
Sənəd müstəqil Fələstin Dövlətinin yaradılmasını və Fələstin-İsrail münaqişəsinin tam nizamlanması üçün 12 ay müddəti nəzərdə tutur. Qətnamə layihəsindǝ həmçinin Fələstin Dövlətinin suverenliyinin təminatçısı olacaq “üçüncü tərəfin” nəzarəti altında 2017-ci ilin sonunadək İsrail qoşunlarının Fələstin ərazilərindən çıxarılması nəzərdə tutulub. Bundan ǝlavǝ, sənəddə Şərqi Qüds də daxil olmaqla İsrailin 1967-ci ildən bu vaxtadək nəzarətinə keçmiş Fələstin torpaqlarında məskunlaşdırılma fəaliyyətinə tamamilə son qoymasının vacibliyi qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr