"Norman Atlantic" sərnişin gəmisində həlak olanların sayı 12-yə ç

Dekabrın 28-də Yunanıstandan İtaliyaya gedərkən dənizdə yanan “Norman Atlantic” sərnişin gəmisində həlak olanların sayı 12-yə çatıb.

165167
"Norman Atlantic" sərnişin gəmisində həlak olanların sayı 12-yə ç

Dekabrın 28-də Yunanıstandan İtaliyaya gedərkən dənizdə yanan “Norman Atlantic” sərnişin gəmisində həlak olanların sayı 12-yə çatıb.
Gəmidə olan 54 Türkiyə vətəndaşı salamat xilas edilib. Türk sərnişinlərdən 31-i 3 fərqli gəmi ilə İtaliyaya aparılıb. Hadisə zamanı 40 adam itkin düşüb, bölgədə axtarış işləri davam edir.
Gəmidə 499 nəfər və çox sayda qaçaq sərnişin olduğu bildirilib. Onlardan 427-si xilas olub. Gəmidə yanğın 200-dən çox avtomobilin, o cümlədən texniki yağ və yanacaq materialları yüklənmiş maşınların olduğu qarajdan başlayıb. İtkin düşən ən az 30 nəfərin axtarış işləri isə davam edir.

Hadisə ilə bağlı istintaq aparılır.

Qeyd edək ki, Gökbel adlı bir Türk yük gəmisi də İtaliya sahillərində Belizə bayraqlı bir yük gəmisi ilə toqquşaraq batmışdı.

Gəmi heyətindən itkin düşmüş 4 nəfərin axtarıx işləri də davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr