ABŞ-da irqçilik mübahisələri davam edir

Psixi problemləri olan, silahsız qaradərili gənc, arxadan və yaxın məsafədən vurulub.

165242
ABŞ-da irqçilik mübahisələri davam edir

Ötən ilin avqust ayında, polis tərəfindən öldürülən, psixi problemləri olan, silahsız qaradərili gəncin, arxadan və yaxın məsafədən vurulduğu öyrənilib.
Tibbi ekspertizanın rəyinə görə 25 yaşlı Ezell Fordun bədənində, 2-si sağ tərəfində, 1-i isə kürəyində olmaqla 3 güllə yarası var.
Polis səlahiyyətliləri, Fordun, bir polisin silahını almağa çalışarkən vurulduğunu iddia edir. Səlahiyyətlilər hadisənin tam olaraq işıqlandırılması üçün yeni şahidlərə ehtiyac olduğunu açıqlayıb.
Bu arada, Los Angelesdə növbəti dəfə polis avtomobilinə 2 silahlı tərəfindən hücum təşkil edilib. Cinayətkarlardan biri saxlanılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr