"İndilik təyyarənin qəza səbəbinin dəqiq müəyyən olması mümkün d

İordaniya Silahlı Qüvvələrinin internet saytında yayılan açıqlamada, təyyarə qəzasının İŞİD tərəfindən atəş açılması nəticəsində baş vermədiyi bildirilir.

160871
"İndilik təyyarənin qəza səbəbinin dəqiq müəyyən olması mümkün d

İordaniya Silahlı Qüvvələrinin internet saytında yayılan açıqlamada, ilkin araşdırmalara görə Suriyanın Ər-Rǝqqa şəhərindəki təyyarə qəzasının İŞİD tərəfindən atəş açılması nəticəsində baş vermədiyi bildirilir.
Açıqlamada həmçinin “hələki, təyyarənin qəza səbəbinin dəqiq müəyyən olması mümkün deyil” deyə vurğulanır.
Suriyanın Rǝqqa şəhərində ötən gün, ABŞ-ın nəzarətində olan koalisiya güvvələrinə aid təyyarənin vurulduğu, İordaniya ordusu, təyyarənin onlara aid olduğunu və pilot Muaz Safi əl-Kesasibenin də İŞİD tərəfindən girov götürüldüyü bildirilmişdi.
Qeyd edək ki, İordaniya, koalisiya qüvvələrinin təxminən 3 aydır İŞİD-in İraq və Suriyadakı qərargahlarına istiqamətli hava hücumlarına qatılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr