Pakistanda matəm

“Taliban” qruplaşmasının məktəb qətliamında 132-si uşaq olmaqla 148 vətəndaşını itirən Pakistan yas içindədir.

152079
Pakistanda matəm

“Taliban” qruplaşmasının məktəb qətliamında 132-si uşaq olmaqla 148 vətəndaşını itirən Pakistan yas içindədir.
Basqında həyatını itirənlər üçün Peşavərdə cənazə mərasimləri təşkil edilib.
Pakistanın baş naziri Navaz Şərif, ölkədə terrorizmi kökündən söküb atmağa qərarlı olduqlarını və terrorizmə qarşı milli fəaliyyət planı hazırlayacaqlarını bildirib.
Şərif, “Terrorizmə qarşı mübarizə, son terroristin yox edilməsinə qədər davam edəcək” deyə bildirib.
Baş nazir Navaz Şərifə ölkələrdən başsağlığı gəlməyə davam edir.
Azərbaycan və Norveç hücumu sərt şəkildə pisləyib.
ABŞ prezidenti Barak Obama isə Navaz Şəriflə telefonla danışaraq terrorizmlə mübarizə dəstəklərinin davam edəcəyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr