ABŞ vǝ Kuba arasındakı münasibǝtlǝrdǝ yeni dövr

Kuba beş ildir həbsdə olan amerikalı yardım vǝzifǝlisi Alan Qrossu azad edib.

152204
ABŞ vǝ Kuba arasındakı münasibǝtlǝrdǝ yeni dövr

Kuba beş ildir həbsdə olan amerikalı yardım vǝzifǝlisi Alan Qrossu azad edib. Alan Qrossun azad edilməsilə yanaşı, ABŞ-da həbsdə olan üç kubalı da azadlığa buraxılıb.
Kuba prezidenti Raul Kastro eyni vaxtda xalqa müraciətində Kubanın ABŞ-ın xeyrinə casusluq etməkdə ittiham edilən Kuba əsilli daha bir amerikalının azad ediləcəyini bildirib.
Prezident Obama Kuba ilə münasibətlərin normallaşması haqda açıqlama verǝrǝk Kubada sǝfirlik açacaqlarını vǝ sǝyahǝtǝ qoyulan qadağa qǝrarını lǝğv edǝcǝklǝrini bildirib.
Kubaya tǝtbiq edilǝn sanksiyaların yüngüllǝşdirilǝcǝyini dǝ qeyd edǝn Obama, Havana rǝhbǝrliyini iqtisadi vǝ insan haqlarının normallaşdırılması sahǝlǝrindǝ islahat hǝyata keçirmǝyǝ çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr