"ABŞ Ukraynaya maliyyǝ yardımını davam etdirǝcǝk"

Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

137966
"ABŞ Ukraynaya maliyyǝ yardımını davam etdirǝcǝk"

Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər hərbi-texniki əməkdaşlığa dair məsələləri və enerji daşıyıcılarının tədarükünün alternativ ssenarilərinin reallaşdırılması imkanlarını müzakirə ediblər.
Bayden bildirib ki, ABŞ Ukraynaya iqtisadi və maliyyə yardımı göstərməkdə davam edəcək.
Beynəlxalq Valyuta Fondunun vəsaitlərinin cəlb olunması məsələsinin də müzakirə edildiyi bildirilib.
Ukrayna prezidentinin mətbuat xidməti qeyd edib ki, Ukraynaya iqtisadi yardımı müzakirə etmək üçün gələn həftə ABŞ Maliyyə Nazirliyinin nümayəndə heyəti Kiyevə səfər edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr