IŞİD-in irəliləyişi dayandırıldı

İŞİD-in Suriya və İraqda irəliləyişinin qarşısı alınıb.

137019
IŞİD-in irəliləyişi dayandırıldı

Beynəlxalq koalisiyanın mәlumatına görə İŞİD-in Suriya və İraqda irəliləyişinin qarşısı alınıb.
ABŞ-ın rәhbәrlik etdiyi koalisiyada iştirak edәn 60 ölkənin xarici işlər nazirlәri tәrәfindәn açıqlanan bəyannamədə, "işidә qarşı qlobal mübarizәdәn nәticә әldә edilmәyә başlandı. İşidin Suriya daxilindә və İraqdakı irəliləyişinin qarşısı alındı deyilib. İŞİD-ә qarşı mübarizә mәqsәdi ilә ABŞ-nın başçılığında yaradılan beynәlxalq Koalisiyada iştirak edәn ölkәlәrin "İŞİD-dә qarşı mübarizәsinin uzun müddәt davam edәcәyi, bunun daimi vә koordinasiyalı müdaxilə tələb edəcəyi" mövzusunda razı qalındığı ifadә edilәn Ortaq bəyannamədə koalisiyaya daxil bəzi ölkələrin İŞİD-in tamamilə məğlub edilməsi üçün quru əməliyyatına ehtiyac duyulduğunu sәslәndirdiklәri, Suriya rejiminə, İŞİD-ә və El Nusraya qarşı mübarizә edәn müxaliflərə dəstəyin artırılması çağırışı edildiyi vurğulanıb.
Türkiyə, Livan, İordaniya və İraqın, Suriyalı qaçqınlara göstərdikləri qonaqpərvərlik səbəbiylə təqdir edildiyi bәyannamәdә beynəlxalq humanitar yardımların artırılmasına zәrurәt olduğu bildirilib.
Koalisiyada iştirak edәn ölkələr arasında vәziyyәti tәhlil etmәk üçün 6 ay әrzindә nazirlər səviyyəsindә yeni bir yığıncaq keçirilmәsi qәrarına gәlinib.
Digər tərəfdən ABŞ və koalisiya qüvvələri, terror tәşkilatı İŞİD-in Suriya və İraqdakı hədəflərinə qarşı son 3 gündə 25 aviazәrbә təşkil edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr