Tǝrǝflǝr görüş keçirir

Ukrayna tǝrǝfi vǝ Rusiya tǝrǝfdarları Lugansk şǝhǝrindǝ görüş keçirir.

134622
Tǝrǝflǝr görüş keçirir

Ukrayna tǝrǝfi vǝ Rusiya tǝrǝfdarları Lugansk şǝhǝrindǝ görüş keçirir.
Bu gün başlayan görüşlǝrdǝ , atǝşkǝs barǝdǝ prinsip olaraq razılıq ǝldǝ edildiyi bildirilib.
Avropa Tǝhlükǝsizlik vǝ Әmǝkdaşlıq Tǝşkilatı tǝrǝfindǝn verilǝn açıqlamaya ǝsasǝn, mǝtnin layihǝ olaraq hazırlandığı bildirilib.
Atǝşkǝs qǝrarının dekabrın 5-dǝ qüvvǝdǝ olacağı, dekabrın 6-da isǝ ağır silahların çǝkilǝcǝyi açıqlanıb.
Ayrıca 15-20 km uzunluqda tǝhlükǝsiz bölgǝ yaradılması qǝrara alınıb.
Ancaq qarşıdurmaların yaşandığı digǝr bir şǝhǝr olan Doneskdǝki Rusiya tǝrǝfdarları, böhran hǝr baxımdan müzakirǝ edilmǝdiyi müddǝtdǝ daimi atǝşkǝsin tǝmin edilǝ bilmǝyǝcǝyini ifadǝ edib.
Qeyd edǝk ki, Rusiya vǝ Ukrayna arasında sentiyabrın 5-dǝ atǝşkǝs qǝrarı imzalanmış, ancaq Ukraynanın şǝrqindǝ qarşıdurmalar dayanmamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr