Yol işarələri dəyişdirilir

Ukrayna dilində olan yol işarələri dəyişdirilir.

203015
Yol işarələri dəyişdirilir

Krımda, Ukrayna dilində olan yol işarələri dəyişdirilir. Ötən gün şoselərin birində canlı musiqi sədaları altında ukraynca olan işarələr rus dilində olanları ilə əvəzlənib. Tədbirdə Krımın Parlament sədri Vladimir Konstantinov və millət vəkilləri iştirak ediblər.

Krım rəhbərliyi, yarımadada 4 mindən çox yol işarəsinin dəyişdiriləcəyini açıqlayıb. İşarələrin dəyişməsi ilə əlaqədar işlərin, bu ilin sonuna qədər tamamlanması gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr