300 immiqrant qurtarıldı

Təxminən 300 Suriyalı qaçqın olan gəmi xilas edilib.

202040
300 immiqrant qurtarıldı

Şimali Kıbrıs Türk Respublikası sahillərində batma təhlükəsi keçirən və içərisində təxminən 300 Suriyalı qaçqın olan gəmi xilas edilib.
Aralıq dənizidə, Şimali Kıbrıs Türk Respublikasının Tatlısu sahillərində irәlilәyәn Tanzaniya bayraqlı gəmi təcili vәziyyәt çağırışı ilə kömək istәyib.
Sahil Təhlükəsizlik və Mülki Müdafiə qrupları gəminin köməyinə gedərkən, gəmi kapitanları ilə ekipaj yolçuları buraxaraq gəmini tərk edib.
Şimali Kıbrıs Türk Respublikası Sahil Mühafıza qüvvәlәrinin müdaxilə cәhdi isә hava şәraiti səbəbiylə qәnaәt bәxş olmadığından Türkiyədən hadisәnin cәrәyan etdiyi yerә gedәn yardım gәmisi ilә 40-ı uşaq 308 Suriyelinın olduğu gəminin sahilə 500 metr uzaqlıqda lövbәr salması tәmin edilib. Daha sonra isә gəmi Girne Limanına çəkilib.
Şimali Kıbrıs Türk Respuublikası baş naziri Özkan Yorgancıoğlu gәmidәn xilas edilәcәk qaçqınlar üçün lazımlı imkanların tәmin edilәcәyini bunun üçün hazırlıqlara başlanıldığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr