Quş qripindən 2 nəfər ölüb

İngiltərədə quş qripi aşkarlanan fermada 6 min ördək tələf olunub.

195424
Quş qripindən 2 nəfər ölüb

İngiltərədə quş qripi aşkarlanan fermada 6 min ördək tələf olunub.

Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin şərqi Yorkshire bölgəsindəki ördək fermasında H5N8 virusuna rast gəlinib.
Fermanın ətrafında 3 km-də qoruma sahəsi, 10 km-də isə qadağa bölgə yaradılıb.

Bu arada Misirdə 2 nəfər “quş qripi”ndən ölüb. Ölən şəxslər Misirin cənub bölgələrində yaşayıb və ev quşu ilə təmasda olublar. “quş qripin”ə yoluxmuş 19 yaşlı qız ölkənin cənubundakı Asyut əyalətində ölüb.

Virusun ikinci qurbanı Əl Minya əyalətində 30 yaşlı qadın olub. Son bir ildə Misirdə, ümumilikdə, “quş qripi”nə yoluxma ilə bağlı 7 fakt qeyd alınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr