Fələstini tanıyan ölkələrin sayı artır

İspaniya parlamenti hökuməti Fələstini dövlət kimi tanımağa çağırıb.

195196
Fələstini tanıyan ölkələrin sayı artır

İspaniya parlamenti hökuməti Fələstini dövlət kimi tanımağa çağırıb.
İspaniya Məclisi Fələstin dövlətinin tanınması üçün hökümətə təqdim olunan tövsiyyə qərarını səs çoxluğu ilə qəbul edib.
Parlamentin müraciətində qeyd olunub ki, bu cür addımın atılması heç bir qanunverici fəsadları nəzərdə tutmur, sadəcə simvolik məna daşıyır. Bundan əvvəl İspaniya parlamentinin gələn həftə Fələstin dövlətinin tanınması barədə qətnamə üzrə simvolik səsvermə keçirmək niyyətində olduğu bildirilmişdi.
Qeyd edək ki, ötən ay İngiltǝrǝ, İrlandiya və İsveçdə analoji addımlar atılıb. Fransa parlamenti də gələn ay Fələstinin statusu ilə bağlı qərar vermək niyyətindədir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr