43 tələbənin öldürülməsi ilə bağlı etirazlar

188144
43 tələbənin öldürülməsi ilə bağlı etirazlar

Meksikanın Guerrero əyalətində nümayişçilər iqtidardakı İnqilabçı Partiya mərkəzinə hücum edib, polis rəisini girov götürüb.
Guerrero əyalətinin paytaxtı Çilpansinqodakı aksiyalara müəllimlər də qoşulub. 1000-ə yaxın nümayişçi, polisə daş və şüşə parçaları atıb. Yaranan qarşıdurmada polislə bərabər jurnalistlər də yaralanıb. 2 müəllimin nəzarət altına alınması üçün “dostlarımızı geri qaytarın” deyən digər nümayişçilər, polis rəisini girov saxlayıb.
Nümayişçilər, 43 tələbənin onlara sağ təslim edilənə qədər hərəkətlərinə davam edəcəklərini açıqlayıb. Hazırda zibilxanaların birində 43 tələbəyə aid olduğu hesab olunan yanmış sümüklər üzərində araşdırmalar aparılır. Sümüklərin artıq bir hissəsi araşdırılıb lakin tələbələrin DNT testinə rast gəlinməyib. Tələbələrə ölüm əmri verən bələdiyyə başçısı ilə, narkotik şəbəkələri ilə qohum olan həyat yoldaşı hələ də həbsdədir. İnsan hüquqları müdafiəçiləri, Bələdiyyə sədrinin həyat yoldaşının açıqlama verdiyini və tələbələrin hay-küy salacağından qorxan bələdiyyə başçısının, polisə "öldürün" təlimatını verdiyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr