Kral Abdullah- Olland arasında önәmli danışıq

Kralı 2-ci Abdullah, Fransa prezidenti Fransua Olland ilə telefonla danışıb.

186183
Kral Abdullah- Olland arasında önәmli danışıq

Ötən gün İordaniya Kralı 2-ci Abdullah, Fransa prezidenti Fransua Olland ilə telefonla danışıb. Danışıqda terrorizmə qarşı mübarizə məsələlərinə toxunulub, terrorizm və radikallaşmanın “istisnasız hər kəsə zərər verdiyi" regional sülhü və təhlükəsizliyi təhdid edildiyi vurğulanıb. Yaxın Şərqdə baş verənlərin də müzakirə olunduğu danışıqda, Olland və Kral Abdullah, İsrail-Fələstin probleminin aradan qaldırılması üçün iki dövlətli həlli dəstəkləyiblər və sülhün təmin edilməsi üçün “İsrailin, Qüds və Məscidi-i Aqsa da təbliğatçı hərəkətlərdə olmamağın əsas olduğunu" vurğulayıblar. Suriyalı qaçqınların da müzakirə olunduğu danışıqda Olland, Suriyalı qaçqınlarla bağlı göstərdiyi kömək, eləcədə yaxın şərqdə sülhün təmin edilməsi üçün çalışdıqları və terrorizmə qarşı mübarizədə səy göstərdikləri üçün Kral Abdullaha təşəkkür edib


Etiketlәr:

Әlaqәli Xәbәrlәr