İsraildən Cənubi Kıbrısda neft axtarışına dəstək

"Rum Rəhbərliyi Aralıq dənizində neft və təbii qaz axtarış haqqına sahibdir"

182822
İsraildən Cənubi Kıbrısda neft axtarışına dəstək

İsrail xarici işlər naziri Aviqdor Lieberman, Cənubi Kıbrısda "Rum Rəhbərliyinin Aralıq dənizində neft və təbii qaz axtarış haqqına sahib olduğunu" iddia edib. Lieberman, Cənubi Kıbrıslı həmkarı ilə keçirdiyi toplantıda “Rum seqmenti öz sahillərində qaz çıxarmaq haqqına sahibdir və Türkiyə də daxil olmaqla bütün ölkələr buna hörmət etməlidir” deyib. Bütün xalqların, qonşularının suverenlik hüquqlarına hörmət göstərmələrinin lazım olduğunu söyləyən Liberman “mübahisələrlə dolu bölgədə gərginliyi artırmaq son dərəcə gərəksizdir” deyə qeyd edib. Lieberman ayrıca, İsrailin Cənubi Kiprlə əməkdaşlıqla olacaq təbii qaz ehtiyatlarının istifadəsi mövzusunda gələn il konkret nəticələrin əldə olunacağına inandığını söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr