Ölkənin şərqinə yeni dəstələr göndərilir

Poroşenko, ölkənin şərqi və cənub-şərqinə yeni hərbi dəstələr göndərməyə qərar verdiklərini açıqlayıb.

181519
Ölkənin şərqinə yeni dəstələr göndərilir

Ukrayna prezidenti Petro Poroşenko, ölkənin şərqi və cənub-şərqinə yeni hərbi dəstələr göndərməyə qərar verdiklərini açıqlayıb. Poroşenko, yeni hǝrbi dǝstǝ göndərilməsi qərarını, ötən gün Milli Təhlükəsizlik Komissiyasının konfransında açıqlayıb. Ölkəsinin sülh planına sadiq qaldığını vurğulayan Poroşenko, göndəriləcək dəstələrin baş verə biləcək hücumlara qarşı Mariupol, Berdyansk, Xarkov şəhərləri ilə Luqansk şəhərinin şimalını müdafiə etdiyini deyib.
Qanun çərçivəsində həyata keçirilməsi halında şərqdə yeni seçkilərin keçirilməsini bəyan etməyə hazır olduqlarını deyən Poroşenko, bölgənin xüsusi statusuna dair yeni qanunu qəbul edəcəklərini də açıqlayıb.
Bu arada NATO-nun baş katibi Jens Stoltenberq, Rus separatçılarının Ukrayna sərhədinə yaxınlaşdığını söyləyib.
Stoltenberg, Rusiyanın separatçıları təlim və hərbi vəsait ilə dəstəklədiyini ifadə edib. Stoltenberg, NATO ölkələrinin, separatçılar tərəfindən təşkil edilən seçkilərin nəticəsini tanımadığını da vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr