Donetsk və Luqanskdә keçirilәn seçkilәrә sәrt reaksiya göstәrilib

Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılar tərəfindən seçkilər keçirilib.

178936
Donetsk və Luqanskdә keçirilәn seçkilәrә sәrt reaksiya göstәrilib

Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılar tərəfindən seçkilər keçirilib. Seçkilər, may ayında elan olunan müstəqillik kimi beynəlxalq cəmiyyət tərəfindən tanınmayıb. Donetskdə hazırki rəhbər Aleksandr Zakharcenko, 70 faiz səs nisbəti ilə, Luqanskda isə Iqor Plotnitsky 63 faiz səs toplayaraq dövlət başçısı seçilib. Donetsk və Luqanskdakı separatçılar seçkilərin 5 Sentyabrda elan olunan atəşkəs müqaviləsini pozmadğını və Kiyev rəhbərliyi ilə dialoqa açıq olduqlarını söyləyib. Ancaq Ukrayna Dövlət Başçısı Petro Poroşenko seçkiləri bir komediya olaraq xarakterizə edib. BMT-nin baş katibi Pan Gi Mun hadisələri təəssüflə qarşılayıb. Rusiya xarici işlər Nazirliyindən isə, “xalqların iradəsinə hörmətsizlik” ifadəsi səslənib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr