Liviyada silahlı qruplar arasında qarşıdurma

2 hökumət və 2 parlamentin olduğu Liviyada silahlı qruplar arasındakı qarşıdurmalar davam edir.

172355
Liviyada silahlı qruplar arasında qarşıdurma

2 hökumət və 2 parlamentin olduğu Liviyada silahlı qruplar arasındakı qarşıdurmalar davam edir. Liviyanın ikinci böyük şəhəri Binqazini təqaüdçü general Haftar-a mәnsub qüvvәlәr, radikal qruplaşmalara mәxsus bir hәrbi bazaya nәzarәti әlә keçiriblәr.
Təqaüdçü general Xəlifə Haftar-ın rәhbәrliyindәki qüvvәlәr, Liviyanın şərqindəki 3 böyük silahlı qrupdan biri olan 17 Fevral Şәhidlәrinә mәxsus bazadakı silahları da müsadirә ediblәr. Binqazi şəhərində bəzən partlayış və silah səsləri eşidilir. Binqazidәki hәrbi gücünü artıran Haftar-a mәnsub qüvvələr, keçən həftə havalimanına nәzarәti dә әlә keçirmişdilәr.
Digәr tәrәfdәn Tobrukdakı Liviya ordusu sözçüsü Əhməd əl-mismari, mühafizəkar Libya Şafağına mәxsus bir təyyarənin Zintan havalimanına aviazәrbә tәşkil etdiyini irәli sürüb.
Liviyanın cənubundakı sәhrada isә, digər Afrika ölkələrindən gələn Əl-Qaidə tərəfdarı qrupların, tәlim düşərgəsi qurduqları bildirilir.
Fransız kəşfiyyat qaynaqları, Əl-Qaidə tərəfdarı qrupların sәhrada 3 tәlim düşərgənin olduğunu yüzlərlə terrorçunun Suriya, İraq və Malidә döyüşmək üçün bu düşәrqәlәrdә hәrbi tәlim keçdiklәrini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr