Qǝzaya dair yeni mǝlamutlar

“Total” Neft şirkǝtinin prezidenti Kristof de Marjerinin və “Falcon” təyyarəsinin üç ekipaj üzvünün ölümü ilə nǝticǝlǝnǝn qǝzaya dair yeni mǝlamutlar yayılır.

168801
Qǝzaya dair yeni mǝlamutlar

“Total” Neft şirkǝtinin prezidenti Kristof de Marjerinin və “Falcon” təyyarəsinin üç ekipaj üzvünün ölümü ilə nǝticǝlǝnǝn qǝzaya dair yeni mǝlamutlar yayılır.
Qǝzaya sǝbǝb olduğu iddia edilǝn qartǝmizlǝyǝn maşının sürücüsü Vladimir Martınenkonun qanında qanuni sǝviyyǝnin üzǝrindǝ içki olduğu bildirilib. Sürücü məhkəmə-istintaq prosesi bitənə qədər müvəqqəti təcridxanada saxlanılacaq.
İstintaq çǝrçivǝsindǝ saxlanılan hava limanında işlǝyǝn 4 işçinin prokurorluq işlǝri davam edǝrkǝn hava limanı direktoru vǝ müavini istefa edib.
Әmǝliyyat işlǝri üzrǝ şöbǝnin sǝdri, baş mühǝndis vǝ şöbǝnin müdiri isǝ işdǝn çıxarılıb.
Qǝzanın ardından qǝzanın sǝbǝblǝrinǝ dair ziddiyǝtli açıqlamalarla, radar xǝtasının olduğuna dair xǝbǝrlǝr yayılmışdı.
Qara qutunun tǝdqiq işlǝrinin bir neçǝ gündǝ tamamlanacağı bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr