Avropada şaxtalı hava

Avropa İttifaqı Brüsseldəki müzakirǝlǝrdǝ razılaşma təmin edilməsi üçün gələn həftə yenidən danışıqlar masasına əyləşəcək.

165961
Avropada şaxtalı hava

Rusiyadan gələn təbii qaz nəqlini zəmanət altına almaq istəyən Avropa İttifaqı Brüsseldəki müzakirǝlǝrdǝ razılaşma təmin edilməsi üçün gələn həftə yenidən danışıqlar masasına əyləşəcək.
Avropa İttifaqının Enerji Məsələləri üzrə məsul komissarı Gunter Ottingerin başçılığı ilə Rusiya Enerji naziri Aleksandr Novak və Ukraynalı həmkarı Yuri Prodan bir araya gəliblər.
Ottinger verdiyi açıqlamada Ukrayna büdcəsinin vəziyyətinə əsaslanaraq etdikləri təxminlərə görə, bu il 4 milyon kubmetr təbii qaz tədarük edilə biləcəyini söyləyib. Ancaq bunun təxmindən ibarət olduğunu ifadə edən Ottinger ödəmə mövzusunda razılaşma təmin edilməsi üçün gələn həftə təkrar müzakirələr aparacaqlarını söyləyib.
Ottinger Ukraynanın Naftoqaz şirkətinin Rusiyaya olan borcunun 3,1 milyard dollarlıq hissəsinin bu il ödəyəcəyini açıqlayıb.
Xatırladaq ki, Rusiya Ukraynanın Avropa İttifaqı ilə ortaqlıq razılaşması imzalamasının ardından təbii qazın qiymətini artırmışdı. Ukraynaya 4 milyard 100 milyon Avro faktura çıxaran Rusiya borcun tez bir zamanda ödənməsini istəyir.
Rusiya ilə Ukrayna arasında 5 il əvvəl anlaşılmazlıq yarandığından təbii qaz problemi yaşanmış və Avropanın şərqi soyuqda qalmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr