Seneqalda Ebola epidemiyası sona çatıb

Dünya Sağlamlıq Təşkilatı Qərbi Afrika ölkələrindən Seneqalda Ebola epidemiyasının sona çatdığını açıqlayıb.

161464
Seneqalda Ebola epidemiyası sona çatıb

Dünya Sağlamlıq Təşkilatı Qərbi Afrika ölkələrindən Seneqalda Ebola epidemiyasının sona çatdığını açıqlayıb.
Məlumatda bildirilir ki, Seneqalda Ebolanın maksimum müddətinin iki qatı olan 42 günlük müddəti daha çox hadisə olmadan başa vurduğu bildirilib.
Açıqlamada o da bilidirilib ki, Seneqalda Ebola epidemiyası rəsmi olaraq sona çatsa da coğrafi mövqeyi baxımından bundan sonra da həssas bir dövr olduğuna dair xəbərdarlıq edilib.
Bu arada Dünya Sağlamlıq Təşkilatının epidemiya ilə bağlı hazırladığı hesabat mətbuata sızıb.
Associated Press xəbər agentliyinin əldə etdiyi hesabatda ünsiyyət problemləri, bürokratiya və işçilərin qeyri-kafiliyi kimi faktorların Birləşmiş Millətlərə bağlı təşkilatın işlərini zəiflətdiyi ifadə edilib. Hesabatda Dünya Səhiyyə Təşkilatı üçün çalışan mütəxəssislərin Ebolanın yayılmasının qarşısını almaq üçün lazımlı tədbirləri görə bilmədiyi ifadə edilib.
Təşkilat, mətbuata sızan hesabat haqqında açıqlama verməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr