Əlcəzairli polislərin etiraz nümayişi

Əlcəzair küçələrınə bu dəfə nümayişçilər deyil polislər çıxıblar.

158068
Əlcəzairli polislərin etiraz nümayişi

Əlcəzair küçələrınə bu dəfə nümayişçilər deyil polislər çıxıblar. Onlar ağır iş saatlarına və ölkədəki nümayişlər zamanı etirazçıların onlara qarşı hücumlarına etiraz edirlər. Əlcəzairin cənubundakı Gardaya şəhərində keçən həftə Ərəblər və Bərbərilər arasında etnik qarşıdurmalar yaşanıb. İki etnik qrupa mənsub gənclər şəhərdə bir-birlərinə daş və molotof kokteyli ilə hücum ediblər. Qarşıdurmalarda xeyli insan yaralanıb, zərərçəkənlər arasında polislər də olub. Polislər onlara qarşı belə hucumlara və ağır iş şərtlərinə etiraz əlaməti olaraq ayağa qalxıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr