Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Ankaraya yola düşüb

NATO-nun yeni baş katibi Jens Stoltenberg vә Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi John Allen Ankarada görüşlәr keçirirlәr.

151684
Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Ankaraya yola düşüb

NATO-nun yeni baş katibi Jens Stoltenberg Türkiyəyə gəlib. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi John Allen isə bu gün Ankarada olacaq. Amerika heyəti ilə görüşdə Türkiyənin beynəlxalq koalisiyaya verəcəyi dəstək və hərbi əməliyyatların bütün detalları müzakirə ediləcək.
Ankaranın bir digər əhəmiyyətli qonağı isə NATO-nun baş katibi Jens Stoltenberqdir. Stoltenberq Ankara ziyarəti öncəsi "Türkiyə hər hansı bir hücuma uğrasa NATO-nun onun yanında olacağını bilməlidir" açıqlamasını vermişdi. Baş katib səfər zamanı sərhəddəki son vəziyyət haqqında məlumat alaraq NATO-nun bu durumda edə biləcəklərini açıqlayacaq. Stoltenberq bu gün keçirəcəyi görüşləri çərçivəsində ilk olaraq xarici işlər naziri Mövlüt Çavuşoğlu ilə bir araya gələcək. Stoltenberq Milli Müdafiə naziri İsmət Yılmaz və Baş qərargah rəisi General Necdət Özəl ilə də görüşəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr