Misir xalqının mübarizəsi davam edəcək

Misirdə çevrilişǝ rədd və hökumətə dəstək üçün Milli İttifaq Hərəkatı Misir xalqının 25 Yanvar 2011-ci il inqilabını geri qaytarana qədər mübarizəsini davam etdirəcəyini açıqlayıb.

150122
Misir xalqının mübarizəsi davam edəcək

Misir xalqının mübarizəsi davam edəcək.
Misirdə çevrilişǝ rədd və hökumətə dəstək üçün Milli İttifaq Hərəkatı Misir xalqının 25 Yanvar 2011-ci il inqilabını geri qaytarana qədər mübarizəsini davam etdirəcəyini açıqlayıb.
Hərəkat Misirin 1973-cü ildə İsraildən Sina Yarımadasındakı torpaqlarını geri aldığı 6 Oktyabr zəfərinin 41- ci ildönümü münasibətilə dünən İstanbulda mətbuat konfransı keçirib.
Konfransda "Misir azad olana, günahkarlar cəzlandırılana, hökumət geri qaytarılan qədər" inqilab yolunda mübarizə davam etdiriləcək fikirləri vurğulanıb.
Xatırladaq ki, Misirdə keçən ilin oktyabrın 6-da, müstəqilliyin ildönümündə təhlükəsizlik qüvvələri ilə Qahirədəki Təhrir Meydanına doğru irəliləməyə cəhd göstərən nümayişçilər arasında yaşanan qarşıdurmada 57 nəfər ölmüş, təxminən 400 adam yaralanmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr