Ebola epidemiyası Avropada

Afrikadan İspaniyaya gətirilən xəstələrə xidmət edən tibb bacılarından birinə virus yoluxduğu açıqlanıb.

149956
Ebola epidemiyası Avropada

Ebola epidemiyası Avropaya da ayaq açıb.
Afrikadan İspaniyaya gətirilən xəstələrə xidmət edən tibb bacılarından birinə virus yoluxduğu açıqlanıb.
İspaniyanın Səhiyyə Nazirliyi həyəcan təbili çalaraq mübarizə tədbirləri üçün xüsusi işçi qrupu yaradıb. Hadisə İspaniya və Avropada ilk dəfə ölümcül virusun sağlam birinə yoluxması baxımından əhəmiyyət daşıyır.
Bu arada, ABŞ prezidenti Barak Obama ebolaya qarşı dünya səviyyəsində daha ciddi tədbirlər görülməsi məqsədilə çağırış edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Qərbi Afrikada Ebola epidemiyasından 3 mindən çox insan həyatını itirib. Digər tərəfdən Ebolaya bənzər Marburg virusunun də yenidən yayılması narahatlıq yaradıb. Marburg Uqandada bir nəfərin ölümünə səbəb olub, çoxlu sayda insanda isə virus aşkar edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr