ABŞ-dәn qәrar layihәsinә dәstәk

ABŞ, TBMM-dә qәrar layihәsinin qәbul edilmәsini yüksәk qiymәtlәndirib.

148137
ABŞ-dәn qәrar layihәsinә dәstәk

ABŞ rəhbərliyi İraq və Suriyadakı terror təşkilatlardan Türkiyəyə yönələ biləcək hücumların aradan qaldırılmasını nəzərdə tutan qərar layihəsinin TBMM-də qəbul edilməsini yüksәk qiymәtlәndirib.
Qərar layihəsinin Məclisdə qәbul edilmәsindәn duyulan məmnuniyyəti dilə gətirən Amerika Birləşmiş Ştatlarının Dövlət Katibliyinin sözçüsü Jen Psaki Türkiyə ilə Amerika arasında İŞİD-ə qarşı mübarizə üçün müzakirələrin davam etdiyini, İŞİD təhdidinə qarşı əməkdaşlığın inkişaf etdirilməsi üçün Türk mütəxəssislərlə müxtəlif səviyyələrdə danışıqların aparıldığını söyləyib. Psaki bu danışıqların davam etdiriləcəyini, əməkdaşlığın daha da gücləndiriləcəyini ifadə edib. Psaki həmçinin Dövlət Katibliyinin “IŞİD-ə qarşı qlobal koalisiyanın xüsusi nümayəndəsi", təqaüdçü General Jon Allen və köməkçisi Brett Makkurkun gələn həftə koalisiyanı təmin edəcək hərbi yardımlarla bağlı danışıqlar aparmaq üçün Ankaraya səfər edəcəklərini də açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr