Barak Obama- Benyamin Netanyahu arasında görüş baş tutub

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə İsrail Baş naziri Benyamin Netanyahu 7 ay sonra ilk dəfə bir araya gəlib.

146906
Barak Obama- Benyamin Netanyahu arasında görüş baş tutub

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə İsrail Baş naziri Benyamin Netanyahu 7 ay sonra ilk dəfə bir araya gəlib. Ağ Evdəki görüşdə İsrailin Qəzzaya istiqamətli hücumlarına toxunan Obama bölgədə yaşanan gərginliklərdən dərin narahatlıq keçirdiklərini ifadə edib.
Obama "İsraillilərin öz evlərində, tələbələrin məktəblərdə özlərini raket hücumundan qorunmuş hiss etmələrini, fələstinli uşaqların öldürülməsinə son qoyulmasını təmin edəcək status-konun dəyişməsi üçün bir yol tapmalıyıq" deyə bildirib.
Qəzzanın yenidən qurulması, İsraillə Fələstin arasında sabit sülhün təmin edilməsini detallı olaraq müzakirə edəcəklərini ifadə edən Obama İranın nüvə proqramı və İŞİD-in məhv edilməsinə yönəlmiş səylər haqqında da danışıb.
Netanyahu da İsrailin çətin günlərində Vaşinqtonun verdiyi dəstəyə görə Obamaya təşəkkür edib. Amerika Birləşmiş Ştatlarının İranın nüvə silahı istehsalının qarşısının alınması istiqamətində səylərindən məmnuniyyət duyduqlarını ifadə edən Netanyahu həmçinin İŞİD-ə qarşı mübarizəni dəstəklədiklərini də vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr