Bolqarıstanda parlament seçkiləri

Bolqarıstandakı türklərin siyasətdəki səsi olan Haqq və Azadlıqlar Hərəkati seçki mitinqlərini intensivləşdirib.

142891
Bolqarıstanda parlament seçkiləri

Oktyabrın 5-də Bolqarıstanda parlament seçkiləri keçiriləcək.
Seçkilərdə bir milyonunu Türklərin təşkil etdiyi 7 milyon seçici səs verəcək. Bolqarıstandakı türklərin siyasətdəki səsi olan Haqq və Azadlıqlar Hərəkati seçki mitinqlərini daha da intensivləşdirib. Partiya sədri Lütfü Məstan Kırcaalinin Nalbantlar vilayətində inşası yekunlaşmaqda olan tarixi Yeddi Qızlar məscidinin açılışında xalqa müraciət edib. Lütfi Məstan mitinqlərdə Türkçə müraciət qadağan olunmasına baxmayaraq çıxışının bir qismini türk dilində edib. O, "Avropa standartlarına uyğun haqqlarımızı istəyirik” deyə bildirib və müsəlman Türk seçicilərinə birlik, bərabərlik çağırışı edib. Xatırladaq ki, Haqq və Azadlıqlar Hərəkati 50-ə yaxın millət vəkili namizədi ilə 240 yerlik Bolqarıstan parlamentində güclü təmsil hüququ әldә edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr