"Hava hücumları bir başına kafi deyil"

ABŞ, Suriyada hava hücumları vasitəsilə terror təşkilatı İŞİD hədəflərinə ziyan vurulduğu, lakin bunun tək başına kafi olmadığını açıqlayıb.

141377
"Hava hücumları bir başına kafi deyil"

Amerika Birləşmiş Ştatlarının Baş Qərargah rəisi Martin Demsey Suriyada hava hücumları vasitəsilə terror təşkilatı İŞİD hədəflərinə ziyan vurulduğu, lakin bunun tək başına kafi olmadığını söyləyib.
Demsey Amerika Birləşmiş Ştatları Müdafiə naziri Çak Hagellə birgə keçirdiyi mətbuat konfransında Suriyanın şərqində İŞİD-in əlində olan bölgələri geri almaq üçün 15 minə qədər suriyalı müxalifin öyrədilməsinin lazım olduğunu deyib.
Müdafiə naziri də çıxışında, İŞİD-ə qarşı təşkil edilən hava əməliyyatlarına İngiltərə, Danimarka və Belçikanın qoşulma qərarını məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb. Hagel İŞİD hədəflərinə İraqda 200-dən çox, Suriyada 43 hava hücumu təşkil edildiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr