250 mindən çox insan bölgәdәn çıxarılıb

Çinin şərqini təsiri altına alan Fung Vong qasırğası bölgədən 250 mindən çox insanın evakuasiya edilmәsinә sәbәb olub.

135183
250 mindən çox insan bölgәdәn çıxarılıb

Çinin şərqini təsiri altına alan Fung Vong qasırğası bölgədən 250 mindən çox insanın evakuasiya edilmәsinә sәbәb olub.
Yerli mәtbuatın yaydığı xəbərә görә, tayfun Cıciang əyalətinin bir çox şəhərini təsiri altına alıb vә 32 min 900 gəminin limana geri çağırılmasına sәbәb olub.
Bölgədə bir çox təyyərə səfəri ləğv olunub və ya təxirə salınıb, bəzi şəhərlərdə mәktәblәrdә dәrslәrә ara verilib.
Qasırğanın Şanxay istiqamətinə hərəkət etdiyi və bölgədə güclü yağışların yağmasına səbəb olacağı gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr