Rusiyaya qarşı yeni sanksiya qǝrarı

ABŞ vǝ Avropa İttifaqı, Ukrayna böhranı çǝrçivǝsindǝ Rusiyaya qarşı yeni sanksiya qǝrarı qǝbul edib.

123942
Rusiyaya qarşı yeni sanksiya qǝrarı

ABŞ vǝ Avropa İttifaqı, Ukrayna böhranı çǝrçivǝsindǝ Rusiyaya qarşı yeni sanksiya qǝrarı qǝbul edib.
Avropa İttifaqının qǝbul etdiyi sanksiya qǝrarları qüvvǝyǝ minib. Qǝrara görǝ rus neft şirkǝtlǝri Avropadan kredit ala bilmǝyǝcǝklǝr. Sǝyahǝt qadağası vǝ mal varlıqlarının dondurulması kimi tǝdbirlǝrin yer tutduğu sanksiya siyahısında 24 şǝxsin adı var.
Rusiya prezidenti Vladimir Putin, Ukraynada atǝşkǝs elan edilmǝsinin ardından sülh prosesinin işlǝmǝyǝ başladığı bir anda qǝrbli ölkǝlǝrin sanksiya qǝrarı qǝbul etmǝsini “qǝribǝ” addım olaraq dǝyǝrlǝndirib. O, sanksiya qǝrarının nǝylǝ ǝlaqǝsinin olduğunu başa düşmǝdiyini dǝ dilǝ gǝtirib.
Sanksiya qǝrarları, Ukraynadakı atǝşkǝs qǝrarına baxmayaraq min rus ǝsgǝrinin ölkǝnin şǝrqindǝ olduğuna dair iddialardan sonra qǝbul edilib.
Ukrayna vǝ NATO, ölkǝnin şǝrqindǝ rus ǝsgǝrlǝrinin olmasını “sǝtiraltı bir işğal” olaraq xarakterizǝ etmişdir.
Rusiya isǝ bu iddiaları qǝbul etmir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr