Preziden Әrdoğan ilә Obama arasında baş tutan görüşün detalları

Prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Barak Obama ilə Uels NATO sammitində keçirdiyi görüş haqda jurnalistlərә açıqlama verib.

116690
Preziden Әrdoğan ilә Obama arasında baş tutan görüşün detalları

Prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Barak Obama ilə Uels NATO sammitində keçirdiyi görüş haqda jurnalistlərә açıqlama verib.
Obama ilə dövlət tәrkibindә olub amma dövlətin qaydalarına uyğun hərəkət etməyən şәxs və qruplaşmalar olaraq xarekterizә edilәn "paralel quruluş" mәsәlәsini müzakirә etdiklәrini ifadә edәn prezident Ərdoğan, "Bizdən məlumat tələb etdilər. Lazımlı sənədləri verəcəyik" deyib.
Obamaya Türkiyənin milli təhlükəsizliyini təhdid edən paralel quruluş mövzusuna biganә qalınmamasının lazım gәldiyini xatırlatdığını ifadә edәn prezident Ərdoğan, Türkiyәnin bununla bağlı mәlumatlar paylaşacağını, ABŞ və Türkiyə kəşfiyyatı ilə xarici işlər nazirliklərinin bu sahәdә әmәkdaşlıq edәcәyini vurğulayıb.
Almaniya kansleri Angela Merkel ilə Almaniyanın Türkiyəni dinlədiyi istiqamətindəki iddiaları da tәhlil etdiklәrini deyәn Prezident Ərdoğan, iki ölkə kəşfiyyat tәşkilatlarının dinlәmәlәrlә əlaqədar bir araya gәlәcәyini Merkelin də mövzunu yaxından izlәyәcәyirni qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr