İkinci Dünya müharibәsinin 75-ci ildönümü

Faşist Almaniyası, 75 il әvvәl, yәni 1 Sentyabr 1939-cu ildə Polşanı işğal edərək insanlıq tarixindəki ən böyük və qanlı döyüşü başlatmışdı.

110632
İkinci Dünya müharibәsinin 75-ci ildönümü

Faşist Almaniyası, 1 Sentyabr 1939-cu ildə Polşanı işğal edərək insanlıq tarixindəki ən böyük və qanlı döyüşü başlatmışdı.
Nüvə silahların da istifadə edildiyi İkinci Dünya Döyüşündə 60 milyondan çox insan həyatını itirdi. 1 Sentyabr səhəri Almaniya Polşanı işğal edərək döyüş mәşәlini yandırdı.
Polşanın işğalı ilə başda Fransa, İngiltərə və İngilis Xalqlar Birliyinə mәnsub bir çox ölkə Almaniyaya hәrb elan etdi.
72 ölkədə 110 milyon Əsgərin qatıldığı döyüş, dünya tarixindəki ən böyük müharibә kimi yadda qaldı. Döyüşdә 60 milyon insan hәyatını itirdi.
Sovetlər İttifaqı 25 milyon insanını qurban verdi. Yüz minlərlə insanın qətlə yetirildiyi kütləvi ölümlər yaşandı.
20-ci əsrә möhrünü vuran iki böyük müharibәnin ikincisi 6 il davam etdi. Sovetlər İttifaqı və Polşa qoşunlarının Bәrlini әlә keçirmәlәri qarşısında Almaniyanın şərtsiz tәslim olmasıyla Avropada döyüş May ayında, Asiyada isə atom bombası atılan ilk və tək ölkə olan Yaponiyanın da 15 avqustda təslim olmağı qəbul etməsiylə sona çatdı. Müharibәdәn sonra bir müddət 1 Sentyabr Dünya Sülh Günü olaraq qəbul edildi.

Sovetlər İttifaqı və Varşava Paktının dağılmasından sonra, Birləşmiş millətlər Təşkilatı, 21 Sentyabrın Beynəlxalq Sülh Günü olaraq qeyd olunması qәrarına yetişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr