Sigmar Gabriel, yandırılan məscidi ziyarət edib

Almaniya kanslerinin müavini Sigmar Gabriel, yandırılan məscidi ziyarət edib.

101352
Sigmar Gabriel, yandırılan məscidi ziyarət edib

Almaniya kanslerinin müavini Sigmar Gabriel, yandırılan məscidi ziyarət edib.
Son günlərdə baş verən məscid hücumlarından sonra, Gabriel, Berlində qəsdən yandırılan Mövlana məscidini ziyarət edib.
Gabriel, bütün dinlər ilə olduğu kimi İslam diniylə də sülh içində yaşamaq istədiklərini söyləyib.
Gabriel, Berlində Türklərin sıx yaşadığı bölğədә olan məscidin yandırılmasına sərt reaksiya verib. Məscidlərə edilən hər hücumun cəmiyyətin ürəyinə edilmiş bir hücum olduğunu vurğulayan Gabriel, “Biz burada sülh içində yaşamaq istədiyimizi göstərmək məcburiyyətindəyik” deyə bildirib.

Almaniya İslam Şurasının sədri Əli Kızılkaya, məscidlərə edilən hücumun bütün inanclara yönəldiyini qeyd edərək, “Ümid edirik ki hökumət daha ciddi tədbirlər görərək, bu hadisələrin qarşısını alacaq" deyə vurgulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr