Almaniya siyasilәrininTürkiyәnin dinlәnildiyinә dair münasibәtәri

Alman kəşfiyyatı xidmətinin Türkiyəni dinlədiyi iddiaları, Almaniyada da gündəmdә olmaqda davam edir.

95459
Almaniya siyasilәrininTürkiyәnin dinlәnildiyinә dair münasibәtәri

Alman kəşfiyyatı xidmətinin Türkiyəni dinlədiyi iddiaları, Almaniyada da gündəmdә olmaqda davam edir.
Almaniya kansleri Angel Merkel, Türkiyənin Alman kəşfiyyatı tərəfindən dinlənilməsi iddiası ilə bağlı açıqlama verib.
Mövzunu müzakirə etmək istəməyən Merkel, “Alman kəşfiyyatının işiylə əlaqədar məlumat verə bilmərəm” deyib.
Almaniya Federal Kəşfiyyat Təşkilatının Türkiyəyə istiqamətli dinləmə iddialarına siyasətçilər də münasibət bildirib.
Almaniyanın hökumət nümayəndəsi Christiane Wirtz etdiyi şərhdə, "iddiaların düzgün olub-olmadığını, kəşfiyyat təşkilatlarına nəzarət edən Federal Məclis Parlament Yoxlama Komissiyası araşdırmalıdır" deyib.
Federal Məclisdə kəşfiyyat xidmətlərinə nəzarət edən Parlament Nəzarət Komitəsinin üzvü, millət vəkili Hans-Christian Strobel, iddiaların, Merkelin hər zaman vurğuladığı kimi "dostların dinlenmediyi" ifadəsi ilə uyğun gəlmədiyini bildirib.
"Türkiyə, NATO partnyoru, müttəfiq və dost olaraq xarakterizə edilən bir ölkədir. Bu isə Türkiyənin kəşfiyyat təşkilatının hədəfi olmasıyla uyğun gəlmir" deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr