ABŞ-da gәrginlik hökm sürür

ABŞ-da bir zәnci gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan gərginlik davam edir.

95493
ABŞ-da  gәrginlik hökm sürür

ABŞ-da bir zәnci gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan gərginlik davam edir.
Gəncin öldürüldüyü Fergusonda tәhlükәsizliyin tәmini işi Milli mühafiz qüvvәlәrә tapşırılıb.
Əyalət Valisi bir həftədir davam edən hadisələrin qarşısını almaq üçün, təhlükəsizlik sәlahiyyәtini bölgə polisindən alaraq əyalət polisinə vermişdi. Vəzifələndirilən milli mühafiz qüvvәlәr qəsəbə küçələrində patrul gəzirlәr.
Yarılma nəticəsində bədəninə 6 güllə dәdiyi aşkarlanan 18 yaşlı gəncin ailəsi isә aksiyaların sülhpәrvәr olması və şiddətdәn imtina edilmәsi haqqında çağırış edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr