Separatçılar döyüş təyyarəsini salıb

Ukraynada separatçılar tәrәfindәn döyüş təyyarəsi salınıb.

93750
Separatçılar döyüş təyyarəsini salıb

Ukraynada separatçılar tәrәfindәn döyüş təyyarəsi salınıb.
Ukraynanın şərqindəki Luhansk bölgəsində, Rusiya tərəfdarı separatçılar tәrәfindәn terrora qarşı mübarizə əməliyyatına qatılan MİQ-29 tipli qırıcı təyyarənin salındığı bildirilib.
Terrora qarşı mübarizə əməliyyatının nümayәndәsi Leonid Matyuhinin mәlumatına görә, MİQ-29 tipli döyüş təyyarəsi vurulub. Lakin vaxtında paraşütlә tullanan pilot aparılan axtarış-xilasetmə işləri nəticəsində tapılaraq etibarlı bölgəyə aparılıb.
Terrora qarşı mübarizə əməliyyatının mətbuat katibi Vladislav Seleznev, cari ayın әvvәlindә verdiyi açıqlamada , Rusiya tərəfdarı döyüşçülərin MİQ-29 ilə bir təcili yardım vertolyotu vurduqlarını bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr