"Azadlıq Yürüşü"

Hökumǝt ǝleyhinǝ etiraz aksiyaları keçirǝn nümayişçilǝr, İslamabada daxil olub.

92680
"Azadlıq Yürüşü"

Hökumǝt ǝleyhinǝ etiraz aksiyaları keçirǝn nümayişçilǝr, İslamabada daxil olub.
Pakistanda hökumǝtin istefa etmǝsi üçün “Azadlıq Yürüşü” başladan Pakistan Ədalǝt Hǝrǝkatı (PTI) vǝ Pakistan Xalq Hǝrǝkatı (PAT) qrupları paytaxt İslamabada çatıb.
Qrupların lidǝrlǝrindǝn Dr. Tahir-ul Kadrinin, İslamabadın yaxın qǝsǝbǝlǝrindǝn Mandrada gözlǝdiyi, şǝhǝrǝ daha sonra gǝlǝcǝyi bildirilib.
Digǝr qrupun lideri İmran Han da İslamabada çatıb. Aabpara bölgǝsindǝ partiyalılara sǝslǝnǝn Han, Pakistanın gǝlǝcǝyi üçün toplandıqlarını söylǝyib.
İmran Han, may ayında keçirilǝn ümumi sǝçkilǝrdǝ ona qarşı saxtakarlıq edildiyini iddia etmiş, bütün qanuni tǝşǝbbüslǝrǝ baxmayaraq seçki nǝticǝlǝrinin yenidǝn gözdǝn keçirilmǝsilǝ bağlı tǝlǝbindǝn bir nǝticǝ ǝldǝ edǝ bilmǝmişdi.
Han, bunun qarşısında Baş nazir Navaz Şǝrif vǝ seçki komissiyasının istefası tǝlǝbilǝ Lahordan İslamabada “Azadlıq Yürüşü” adıyla etiraz aksiyası başladacağını elǝn etmişdi.
Pakistan Xalq Hǝrǝkatı lideri Tahir-ul Kadri dǝ iyunda ölkǝdǝ inqilab prosǝsi başladacağı iddiası ilǝ qayıdaraq hökumǝtin istefasını istǝmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr