Rusiya Avropa İttifaqına üzv bir çox mәhsulun idxalını qadağa ed

Avropa İttifaqı, Ukraynada baş verənlərlə əlaqədar, Rusiyaya bir çox sahədə sanksiya tətbiq etmə qərarı alıb.

91063
Rusiya Avropa İttifaqına üzv bir çox mәhsulun idxalını qadağa ed

Avropa İttifaqı, Ukraynada baş verənlərlə əlaqədar, Rusiyaya bir çox sahədə sanksiya tətbiq etmə qərarı alıb.
Rusiya, bu sanksiyalara cavab olaraq Avropa Birliyindən qida və kənd təsərrüfatı məhsullarının idxalına bir illik qadağa qoyub.
Bu qərara görə Yunanıstan çətin vəziyyətdə qalıb. İstehsalçılar, Avropa Birliyinin zərəri ödəməsini istəyir.
Rusiya, embarqo qərarından sonra istiqamətini Türkiyəyə çevirib və Ankaraya heyət göndərib.
Rus səlahiyyətlilərinin Türkiyədən süd və süd məhsulları, quş əti, su məhsulları, yumurta və heyvanlar üçün 1 illik tədarük zəmanəti istədiyi bildirilib.
Qida, kәndtәsәrrüfatı və naziri Mehdi Әkәr, “Strateji davranmalıyıq. Rusiyanın bir bazardan mal almayıb, digərindən almaq kimi seçimi var. Dəyərləndirmələrimizdən sonra lazımlı cavab veriləcək” deyə vurğulayıb.
Görüşdə, ixracla məşğul olan müəssisələrin siyahısı Rusiya səlahiyyətlilərinə təqdim olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr