Atəşkəsin son günündə, ölüm xəbərləri gəlməkdə davam edir

Misirin paytaxtı Qahirədə daimi atəşkəs üçün aparılan müzakirələr davam edir.

89956
Atəşkəsin son günündə, ölüm xəbərləri gəlməkdə davam edir

İsrail ilə Həmas arasındakı 3 günlük atəşkəsin son günündə, ölüm xəbərləri gəlməyə davam edir. Bomba partlayışı nəticəsində biri xarici jurnalist olmaqla 6 nəfər həyatını itirib.
Misirin paytaxtı Qahirədə daimi atəşkəs üçün aparılan müzakirələr davam edir. Misir, tərəflərə atəşkəs planı təqdim edib. İsrail və Həmasa təqdim olunan planda, İsralin Qəzzaya tətbiq etdiyi blokadanın yüngülləşdirilməsi də nəzərdə tutulub.
Plana görə, bölgəyə humanitar yardım daşıyan yük maşınlarının girişinə, həmçinin pul transferinə də icazə veriləcək. Bundan başqa qəzzalı balıqçıların sahildən 19 kilometrə qədər dənizə açıla bilməsi məsələsi də müzakirə edilir.
Lakin, Həmasın istədiyi kimi, blokadanın tamamilə qalxması Qəzzada hava limanının açılması kimi məsələlər həllini tapmayıb.
Qeyd edık ki, İsrailin Qəzzaya hücumları nəticəsində həyatını itirənlərin sayının min 951, yaralıların isə 10 min193 nəfər olduğu bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr