Obama:"Problem tezliklә hәll olmayacaq"

ABŞ prezidenti Barak Obama, Ağ Evdə tәşkil etdiyi mәtbuat konfransında, ölkәsinin IŞİD-e qarşı İraqda başlatdığı yeni hərəkatla bağlı mәlumat verib.

85300
Obama:"Problem tezliklә hәll olmayacaq"

ABŞ prezidenti Barak Obama, Ağ Evdə tәşkil etdiyi mәtbuat konfransında, ölkәsinin IŞİD-e qarşı İraqda başlatdığı yeni hərəkatla bağlı mәlumat verib.
Obama, IŞİD-e istiqamətli tәşkil edilәn aviazәrbәlәrdә təşkilatın Erbil üçün istifadə etdiyi silah-sursat vә texnikaların dağıdıldığını, kürd qüvvәlәrә edilәn yardımların artırıldığını qeyd edib.
Preziden Barak Obama, IŞİD-e istiqamətli başladılan әmәliyyatın nə zaman sona çatacağına dair suala konkret cavab vermәyib. O, bunun həftələr deyil daha uzun müddәt davam edәcәyini güman etdiyini söylәyib. IŞİD silahlılarının irəliləyişinin təxmin ediləndən daha sürətli olduğunu vurğulayıb. ABŞ birlәşmilәrinin bölgәdә döyüş qüvvә mövqeyindә olmayacağını sәslәndirәn Barak Obama, daha İraq xalqı, Amerika hәrbçsini görmәk istәmir deyib.
İraqdakı problemin Amerika qüvvәlәri tәrәfindәn hәll edilә bilmәyәcәyinә diqqət çəkən prezident Obama, Bağdad rəhbərliyinə kömək ediləcəyini ancaq onların adından döyüşmәyәcәyini qeyd edib.
İraqda tәcili olaraq hökumətin formalaşmasını istәdiklәrini ifadә edәn Obama, bölgənin әmin-amanlığa qovuşdurulması, azlıqların problemlәrinin hәlli üçün zamana ehtiyac olduğunu vurğulayıb.
Bölgədəki humanitar yardımların davam edəcəyini deyәn Obama, qida və sudan ibarət olan yardım paketlərinin dağlarda mәhsur qalan iraqlılara çatdırmaqda davam edilәcәyini dә sözlәrinә әlavә edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr