Qəzzadakı 70 hədəfə hücum olub

72 saat davam edən atəşkəsin ardından İsrail, Qəzzaya hava, dəniz və qurudan hücum edib.

84475
Qəzzadakı 70 hədəfə hücum olub

İsrail atəşkəs qərarından sonra Qəzzadakı 70 hədəfə hücum təşkil edib.
72 saat davam edən atəşkəsin ardından İsrail, Qəzzaya hava, dəniz və qurudan hücum edib.
Şəhərin şərqindəki Xan Yunus və şimalındakı Şeyx Rıdvan məhəllələrində dinc sakinlər olan yerlər bombalanıb, 2-si uşaq olmaqla 5 nəfər ölüb.
İsrail döyüş təyyarələri Qəzzada 3 məscidi bombalayıblar, məscidlərdən birinin tamamilə dağıldığı bildirilir. Məscidin ətrafındakı evlər də böyük zərər görüb.
İsrail ordusu, Qəzzaya istiqamətli hücumlarında dünəndən bu yana 70 hədəfin vurulduğunu açıqlayıb.
Hücumlar beynəlxalq ictimaiyyətdə sərt reaksiya ilə qarşılanır.
İsrailin Qəzzaya hücumlarını son olaraq Birləşmiş Ərəb Əmirlikləri qınayıb.
Birləşmiş Ərəb Əmirlikləri BMT-yə, Fələstin xalqı üçün beynəlxalq qoruma təmin edilməsi çağırışı edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr