Obama gözlǝnilǝn açıqlamanı yayıb

Barack Obama, İŞİD tǝhdidinǝ yönǝldilmiş hava zǝrbǝlǝrinin endirilmǝsi ǝmrini verib.

83015
Obama  gözlǝnilǝn açıqlamanı yayıb

ABŞ prezidenti Barack Obama İraqdakı qǝtliamla bağlı gözlǝnilǝn açıqlamanı yayıb.
Obama, İŞİD tǝhdidinǝ yönǝldilmiş hava zǝrbǝlǝrinin endirilmǝsi ǝmrini verib.
Obama, Amerika ǝsgǝrlǝrinin bölgǝyǝ hǝrb etmǝk üçün göndǝrilmǝyǝcǝyǝni bir daha dilǝ gǝtirib.
İŞİD silahlılarının hǝyata keçirdiyi qǝtliamlara diqqǝt çǝkǝn Obama, İŞİD silahlıları Ərbil istiqamǝtindǝ irǝlilǝyǝcǝyi tǝqdirdǝ müǝyyǝn hǝdǝflǝrǝ hava zǝrbǝlǝrinin endirilǝcǝyini açıqlayıb.
Obama, Ərbildǝ amǝrikalı diplomatların olduğunu xatırladaraq ordakı vǝzifǝlilǝrin hǝyatı tǝhlükǝdǝ olacağı tǝqdirdǝ İŞİD silahlılarının vurulacağını ifadǝ edib.
Prezident Obama, Sincar şǝhǝrindǝ yaşanan faciǝyǝ dǝ işarǝ edǝrǝk, Amerika qüvvǝlǝrinin qǝtliamın qarşısını alacaq qabiliyyǝtinin olduğunu vǝ bölgǝdǝ yaşananlara göz yumulmayacağını vurğulayıb.
Bölgǝyǝ humanitar yardımların da çatdırıldığını açıqlayan Obama, ǝrzaq vǝ su kimi ǝsas ehtiyacların olduğu bağlamaların havadan bölgǝyǝ çatdırıldığını dǝyib.
Digǝr tǝrǝfdǝn, ABŞ Müdafiǝ Nazirliyi Pentaqondan yayılan açıqlamada, İraqdakı bombalama hadisǝsinin Amerika qüvvǝlǝri tǝrǝfindǝn hǝyata keçirilmǝdiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr