Liviyada parlament, yeni sədrini seçib

Parlament rəhbərliyinə, Ageila Salih seçilib.

81130
Liviyada parlament, yeni sədrini seçib

Liviyada qarşıdurmalara görə Tobruk şəhərində toplanan parlament, yeni sədrini seçib.
Parlament rəhbərliyinə, Ageila Salih seçilib.
Qeyd edık ki, Eissa, Qəddafi rejiminin devrilməsindən bu vaxta qədər seçilən üçüncü parlament sədridir. Əvvəl müxalifət, Eissanı, Qəddafi tərəfdarı olmaqda günahlandırmışdı. Ciddi təhlükəsizlik tədbirləri ilə keçirilən toplantıda seçilən 188 deputatdan 158-i iştirak edib.
Bu arada, Bengazi və Trablusda silahlı qruplar arasındakı şiddətli qarşıdurmalar davam edir.
Keçmiş general Haftar, Bengaziden Misirə qaçdığına dair xəbərləri təkzib edib.
Liviyadan qaçışlar isə davam edir. Hindli tibb işçiləri isə azad olunublar. Lakin, minlərlə misirli, Tunis sərhədində qalıb. Tunis, misirlilərin dərhal ölkələrinə qayıdacaqlarına dair zəmanət almadan və lazımlı sənədlərinin olmadığı səbəbiylə onların girişinə icazə vermir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr