Çindә baş verәn zәlzәlәdә ölü sayı artır

Şinhua agentliyinin mәlumatına görә, Çinin cənub-qərbində yerlәşәn Yünnan əyalətinin Caotong şəhərində bazar günü 6,5 bal gücündә baş verәn zәlzәlәdә ölәnlәrin sayı 589-a çatıb.

81011
Çindә baş verәn zәlzәlәdә ölü sayı artır

Çində baş veriәn zәlzәlәdә hәyatını itirәnlәrin sayı 589 nәfәrә çatıb.
Şinhua agentliyinin mәlumatına görә, Çinin cənub-qərbində yerlәşәn Yünnan əyalətinin Caotong şəhərində bazar günü 6,5 bal gücündә baş verәn zәlzәlәdә ölәnlәrin sayı 589-a çatarkәn, 2 min 833 nәfәr dә xәsarәt alıb.
Çin Qızıl Xaç Dərnəyi bir milyondan çox insanın tәsirlәndiyi fәlakәt bölgәsinә 33 milyon Yuen bağışlayıb. 15 milyon Yuenlik hümanitar yardım vәsaiti göndərib.
Qeyd edәk ki, Caotong şəhərində 2012-ci ildə 5,7 bal gücündә baş verәn zəlzələdə 80, Yünnan əyalətində isә, 1970-ci ildә meydana gәlәn 7,7 bal gücündәki zəlzələdə dә 15 min nәfәr hәyatını itirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr