İsrail ordusu Refahı bombalamağa davam edir

Hücumlarda ölənlərin sayı 74-e çıxıb.

76732
İsrail ordusu Refahı bombalamağa davam edir

İsrail ordusu Qəzzanın cənubundakı Refahı bombalamağa davam edir.
Hücumlarda ölənlərin sayı 74-e çıxıb.
Mülki müdafiə, sağlamlıq qrupları və təcili yardımların bölgəyə girişinǝ maneə törədilir.
Qəzzada dünən təşkil edilən hücumlarda ən az 160 adam öldürülüb.
7 iyuldan bǝridir davam edən hücumlarda ölǝnlǝrin sayı isǝ 1600-ə yüksəlib.
Digər tərəfdən İordan Çayının Qǝrbs Sahilinin müxtəlif şəhərlərində İsrailin Qəzzaya hücumlarına reaksiya göstərən fələstinlilər həmrəylik nümayişi təşkil etmək məqsədilǝ küçələrə axışıb.
İsrail əsgərləri, etirazlara gerçək, plastik güllə və gözyaşardıcı qazdan istifadə edərək müdaxilə edib.
Hadisǝ zamanı bir fələstinli ölüb.
Digǝr tǝrǝfdǝn Misir, İsrail və Fələstin rəhbərliyinə müzakirǝçi heyətlərini paytaxt Qahirəyə göndərmələrinǝ dair etdiyi çağırışın hələ dǝ qüvvǝdǝ olduğunu bildirib.
Beynəlxalq Əfv Təşkilatı, işğal altındakı Fələstin torpaqlarında və İsraildə hǝrb günahlarının yaratdığı ədalətsizlik mǝsǝlǝsinin ancaq Beynəlxalq Cinayǝtlǝr Məhkəməsi tǝrǝfindǝn hǝll edilǝ bilǝcǝyini açıqlayıb.
Beynəlxalq Əfv Təşkilatı, BMT Təhlükəsizlik Şurasına göndərdiyi açıq məktubda, Şura üzvlərindən, işğal altındakı Fələstin torpaqlarında və İsraildəki vəziyyəti Beynəlxalq Cəza Məhkəməsi Baş prokuroruna sövq etməsini, böhranı həll etmək üçün əhatəli bir silah sanksiyası tətbiq olunmasını tələb edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr